Пособие для изучения русского языка азербайджаноязычными лицами. Сказка "Обещайкин"
Обещайкин
Добрый волшебник Старик Хоттабыч помог Феде понять, как это важно всегда исполнять свои обещания. Но кроме доброго старика Федя столкнулся ещё и с другими героями из старинных сказок.
Sözünə əməl etməyən
Mərhəmətli sehrli qoca Xottabıç Fedyaya kömək etdi ki, həmişə verdiyi sözlərə əməl etməyin necə vacib olduğunu başa düşsün. Lakin mərhəmətli qocadan savayı Fedya, həmçinin qədimi nağıllardan olan başqa qəhrəmanlarla da rastlaşdı.
Переводчики: Мамедов Джавид Джамшид и Рзаева Николле Рза
Sözünə əməl etməyən
Biri var idi, biri yox idi, Fedya Yeqorov adlı bir oğlan var idi. Fedya hər zaman öz sözünə sahib çıxmırdı. Bəzən valideynlərinə söz verirdi ki, arxasınca oyuncaqlarını yığışdıracaq, ancaq onun başı qarışırdığı üçün unudurdu və dağınıq şəkildə buraxırdı. Bir dəfə Fedyanın valideynləri onu evdə tək qoyurlar və xahiş edirlər ki, pəncərədən boylanmasın. Fedya onlara söz verdi ki, pəncərədən boylanmayacaq, ancaq şəkil çəkəcək. O, şəkil çəkmək üçün lazım olan hər şeyi götürdü və böyük bir otaqda, masanın arxasında yerləşdi və şəkil çəkməyə başladı. Atası ilə anası elə indicə evdən çıxmışdılar ki, Fedya dərhal pəncərəyə yaxınlaşdı. Fedya düşündü: “Nə olsun ki, söz verdim boylanmayacağam, cəld boylanım, baxım uşaqlar həyətdə nə ilə məşğuldurlar, atamla isə anam heç bilməyəcəklər ki mən boylanmışam. Fedya oturacağı pəncərənin yanına qoydu, pəncərə altlığına çıxdı, çərçivədəki dəstəyi aşağı saldı və hətta pəncərənin kənarını yenicə dartmışdı ki, o elə öz-özünə taybatay açıldı. Möcüzəli şəkildə, tam nağıllardakı kimi, pəncərənin qarşısında uçan-xalça peyda oldu, üzərində isə Fedyaya naməlum olan bir baba oturmuşdu. Baba gülümsəyərək dedi:
- Salam, Fedya! İstəyirsən mən səni öz xalçamla gəzdirim? Fedya çox istəyirdi ki, əsl uçan-xalça ilə gəzsin, ancaq o, valideynlərinə evdən çıxmayacağına və həmçinin pəncərədən boylanmayacağına söz verdiyini xatırladı. - Baba, - Fedya kədərli şəkildə dedi, - mən çox istərdim ki gəzim, ancaq mən atama və anama söz vermişəm ki, evdən heç bir yerə getməyəcəyəm. - Sən axı getməyəcəksən, uçacaqsan, - işərət barmağını yuxarı tutaraq, xoşhal şəkildə baba cavab verdi. - Otur, qorxma, mən səni valideynlərin gəlməmişdən əvvəl geri gətirərəm. Odur ki, onlar heç nə bilməyəcəklər. Fedya tərəddüd etdi, o çox istəyirdi ki gəzsin, amma o, valideynlərinə söz vermişdi. Babanın altındakı xalça isə elə sərilmişdi ki, adamı başdan çıxartırdı. - Yaxşı, sən mənimlə uçacaqsan? – baba soruşdu. Fedya qərara gəldi: - Uçacam! – və saqqallı babanın xalçası üzərinə tullandı. Xalça onları evlərin damları üstündən yüksəklərə və daha da yüksəklərə, buludların altına qədər apardı. Xalça uzun müddət səmada uçdu. Fedya üçün əyləncəli idi və hər şey onun xoşuna gəlirdi. Baba çox mehriban və şən idi. O, buludları dağıdır, quşları hava tutur, səmada sehrli rənglərlə göyqurşağı çəkirdi. Birdən o, günəş tərəfə baxdı və Fedyaya dedi: - Eləbil ki mən səninlə çox oynadım, vaxtdır, mən başqa nağıla uçmalıyam. Elə bunu demişdi ki, uçan-xalça aşağı uçdu və meşənin kənarına endi.
- Aşağı düş! – baba əmr etdi. Xalçadan düşən Fedya, meşənin kənarında bir ev olduğunu görür. Bu sadə ev deyil, əsl toyuq ayaqları üzərində olan daxmadır. Bu möcüzədir! - Biz haraya uçmuşuq? – Fedya soruşdu. Baba isə bığlarını bura-bura, gülümsəyərək cavab verdi: - Fedya, indi burda yaşayacaqsan. - Baba, axı mən evə istəyirəm! Siz ki məni evə aparmağa söz vermişdiniz!
- Mən söz vermişəm? Fedya, axı sən də valideynlərinə söz vermişdin ki, pəncərədən boylanmayacaqsan. Ha-ha-ha! Baba bu gülüşlə öz xalçasının üstünə sıçradı, xalça səmaya ucaldı və uçdu. Fedya meşə kənarındakı toyuq ayaqları üzərində olan daxmanın yanında tək qaldı. “Görəsən burda əsl Küpəgirən qarı yaşayır” – Fedya fikirləşdi. Birdən qapı cırıldayaraq açıldı və qapının ağzında əsl Küpəgirən qarı görsəndi. - Aaaa, “Sözünə əməl etməyən” gəlib! Niyə fırlanırsan, gəl içəri! Sənin adın nədi? - Salam nənə! Mənim adım Fedya Yeqorovdur. - Yeqorov, Yeqorov, - nənə deyindi. – Yeqorov idin, indi isə “Sözünə əməl etməyənsən”. İndi mənimlə yaşayacaqsan. Mənə heç bir söz verməyə bilərsən, mən onsuz da inanmayacağam. Hamam üçün mənə odun hazırlayacaqsan. Mən yüz ildir ki, buxar qəbul etməmişəm. Mən yaşlı sümüklərimi isitmək istəyirəm. Geeet, geeeet əzizim, vaxt itirmə, odunları topla. Razı qalsam, səni evə buraxacağam, əgər razı qalmasam, özün günahkarsan. Fedya üç gün Küpəgirən qarının yanında yaşadı.Meşədən çıl-çırpı topladı və o, hamamı isitdi. Bu iş asan deyildi. Biraz ləngiyən kimi, Küpəgirən qarı öz süpürgəsi ilə onu qovurdu və qulaqlarından dartırdı. Üçüncü gün Küpəgirən qarı Fedyanı çağırdı və bildirdi: - Yaxşı, Fedyacıq, əlvida! Mən yüz ilə yetəcək yaxşı buxar hamamı qəbul etdim, vaxtdır, indi sən “Div”-in yanında yaşayacaqsan. - Necə yəni Divin yanında? – Fedya qorxdu. – Nənə, axı sən söz vermişdin ki, məni evə buraxacaqsan! Küpəgirən qarı dişsiz, süni təbəssümlə, ağzını əyərək cavab verdi: - Nə olsun ki, mən söz vermişəm. Axı sən də çox vaxt öz sözünə əməl etmirsən. Həvəngə otur, Divin yanına uçuruq. O çoxdandır ki, gözləyir. Küpəgirən qarı Fedyanı həvəngə otuzdurdu və onlar uçdular. Div meşənin sıxlığında, qoca, böyük bir palıd ağacın oyuğunda yaşayırdı. O, Fedya üçün sevindi. - Fedyacıq, indi mənimlə yaşayacaqsan, mənim saçlarımı darayacaqsan. Əgər saçlarımı daraya bilsən, səni evə buraxacağam. Divin saçları isə pırpız və dağınıq idi, saçlarına ayıpəcəsi çiçəyi, yarpaqlar və çıl-çırpı dolaşmışdı. Hətta bir quş özünə onun saçlarında yuva hörmüşdü və bu yuvada kiçicik quşlar yumurtadan çıxmışdı. Fedya ağcaqovaq ağacının darağı ilə Divin saçlarını daramağa başladı. Divin isə heç nə xoşuna gəlmirdi, onu azarlayırdı və gicitkən ilə qırmaclaya-qırmaclaya söyürdü. Üçüncü gün, Fedya Divin saçlarını daradı və onun saçlarına ayıpəncəsi yağı sürtdü, Div bildirdi: - Həə Fedyacıq, indi isə “Dağ-İlanı”nın yanına gedirsən, səni gözlüyür. Fedya oyuqdan boylandı və gördü: oyuğun ağzında əsl üçbaşlı, quyruqlu və qanadlı Dağ-İlanı oturub. Fedya vahimələndi, Div isə onu itələyirdi: - Geet, geeeet, qorxma, İlan toxdur, seni yeməz! - Cənab Div, axı siz mənə söz vermişdiniz ki, məni buraxacaqsınız. Mən ki sizi daramışam! - Ha, ha, ha! – Div elə güldü ki, ağaclar tərpəndi, quş sürüsü havada dövr elədi, dovşanlar kola tullanıb qaçdılar, tülkülər yuvalarına gizləndilər və hətta qurdların qulaqları səsdən sıxıldı. - Nə olsun ki, mən söz vermişəm. Güya sən həmişə verdiyin sözlərə əməl etmisən? - Tez get, Dağ-İlanını əsəbləşdirmə! Dağ-İlanı Fedyanı arxasına otuzdurdu və meşədən uzaqdakı qayalığa, öz imarətinə apardı. Dağ-İlanı dərin mağarada yaşayırdı. O, Fedyaya böyük, ağır suvand verdi ki, onun dişlərini itiləsin. Dağ-İlanı Fedyaya onun bütün dişlərərini itiliyən kimi, evə aparacağına söz verdi. İlanın bir başı ağzını açdı, digər ikisi isə yuxuya getdilər. Böyük səylə Fedya Dağ-İlanının dişlərini itiləyirdi, nə vaxt ki o yorulurdu və işi yavaşlayırdı, Dağ-İlanı uzun ikiuclu dilini ağzından çıxarıb, arabir Fedyaya toxundururdu. Fedya Dağ-İlanının bütün dişlərini itiləyib bitirdikdən sonra, İlan Fedyanı eve aparacağına dair verdiyi sözü heç xatırlamayaraq, onu arxasına otuzdurdu və Xortdanın yanına apardı. Xortdan möhtəşəm bağçalı qızıl sarayda yaşayırdı. Bu bağda cənnət quşları yuva salmışdı və vəhşi heyvanlar var idi. Bağın şəffaf gölündə qızıl balıqlar da var idi, gölün üzərində isə gözəl Qu quşu üzürdü. Burda olan hər şey inanılmaz dərəcədə gözəl idi, təkcə Xortda özü Fedyada qorxu yaradırdı. Bu, anlaşılmaz rəngli gözlərə və mavi rəngli dodaqlara sahib kişi idi. Xortdan Fedyaya qarşı mülayim idi, onu döymürdü, söymürdü və heç nəyə məcbur etmirdi. Sadəcə ona bildirmişdi: - Mənimlə yaşayacaqsan, Fedya. Mən sənə ölümsüzlük bəxş edəcəm. Fedyaya ölümsüzlük lazım deyildi. O çox istəyirdi ki, evə getsin. O narahat idi ki, atası və anası onun yoxluğuna görə çox həyəcan keçirdir. Həttə bəlkə də həyəcan keçirtməkdən anasının başı ağrıyıb. Axı onlar bilmirlər ki, o haradadır. Onlar onu axtarır. Və sonra – ev ən yaxşısıdır. Evdə onun balaca qardaşı Vasya var, hansı ki hələ o çox balacadır, ancaq tezliklə o böyüyəcək. Evdə onun oyuncaqları, albomu, karandaşları və boyaları, şəkilli kitabları var, dostu Kostya, uşaq bağçası, yelləncəklər. Valideynləri söz vermişdilər ki, istirahət günündə onu heyvanat parkına aparacaqlar. Az keçir, çox keçir və bir gün Fedya görür ki, Xortdanın parkında oturacaqda Sehirli-Baba oturub və bir az uzaqda onun uçan-xalçası sərilib. Fedya sevindi və babanın üstünə atıldı: - Baba, baba! Salam! Məni burdan aparın, mən evə getmək istəyirəm! Mən hər şeyi başa düşdüm, sözümü həmişə əməl edəcəm! - Salam Fedya, - gülümsəyərək baba cavab verdi. – Deməli sən hər şeyi anladın? İndi sən həmişə öz sözünə əməl edəcəksən? Bu yaxşıdır. Nə demək olar ki, tez otur xalçaya uçaq. Fedya və sehirli baba xalçanın üzərinə oturdular və xalça səmaya qalxdı. Sehrli baba Fedyanı evə gətirdi və pəncərə altlığının üstünə qoydu. Həmin vaxt pəncərə açıq idi. Ona əl salladı və uçdu. Fedya gördü ki, otaqda hər şey olduğu kimidi: masanın üzərində açıq albom, düzülmüş boyalar. Fedya cəld pəncərəni bağladı və hər şeyi arxasınca topladı. Tezliklə valideynləri gəldi. O, başına gələn bütün əhvalatı onlara danışdı və o vaxtdan sonra, heç bir söz vermədən bütün sözlərinə əməl etdi.
|
Автор Копейкина Н.Г.
Обещайкин
Жил-был мальчик Федя Егоров, который не всегда выполнял свои обещания. Иногда, пообещав родителям убрать за собой игрушки, он увлекался чем-то, забывал, что надо убрать игрушки, и оставлял их разбросанными.
Однажды оставили родители Федю одного дома и просили его не высовываться из окна. Федя пообещал им, что не будет высовываться из окна, а будет рисовать. Он достал всё необходимое для рисования, и, как и обещал, занялся рисованием. Но только папа с мамой ушли из дома, Федю сразу потянуло к окну. Федя подумал: «Ну и что, что обещал не выглядывать, быстренько выгляну, посмотрю, чем ребята занимаются во дворе, а папа с мамой и не узнают, что я выглядывал». Подошёл Федя к окну, подставил стул, влез на него, опустил ручку на раме и не успел даже потянуть створку окна, как она сама распахнулась. Каким-то чудом, прямо как в сказке, появился перед окном ковёр-самолёт, а на нём сидел незнакомый Феде дедушка с усами и длинной седой бородой. Одет был дедушка в расшитый узорами халат с широкими рукавами, на голове у него была яркая чалма, ноги его, скрещенные перед собой, были обуты в расписанные узорами сапоги с загнутыми носами. Дедушка, улыбаясь, посмотрел на Федю из-под густых седых бровей чёрными лукавыми глазами и сказал: – Здравствуй, Федя! Хочешь, я тебя покатаю на своём ковре? Феде очень захотелось покататься на настоящем ковре-самолёте, но он вспомнил, что обещал родителям не уходить из дома и даже не высовываться в окно. – Дедушка, – грустно сказал Федя, – я очень хочу покататься, но я обещал папе с мамой, что никуда не уйду из дома. Я даже в окно обещал не выглядывать. – Так ты же и не уйдёшь, а улетишь, – весело ответил дедушка, подняв вверх указательный палец. – Садись, не бойся, я привезу тебя назад раньше, чем вернутся твои родители. Так что они ничего не узнают. Федя заколебался, ему очень хотелось покататься, но он же обещал родителям. А ковёр под дедушкой так и стелился, так и манил.
– Ну, ты летишь со мной? – спросил дед. Федя решился:
– Лечу! – и прыгнул на ковёр к дедушке-бородачу. Ковёр понёс их над крышами домов, всё выше и выше под самые облака. Долго витал ковёр в небесах. И так забавно было Феде, так ему всё нравилось. Дедушка был добрый и весёлый. Он ворошил облака, птиц на лету ловил, радугу в небе нарисовал волшебными красками.
Но вдруг он посмотрел в сторону солнца и сказал Феде: – Что-то я с тобой заигрался, мне пора лететь в другую сказку. Только он это вымолвил, полетел ковёр-самолёт вниз и приземлился в лесу на опушке леса. – Слезай! – скомандовал дед. Сошёл Федя с ковра, видит, а на опушке стоит домик, да не простой домик, а настоящая избушка на курьих ножках. Вот так чудо! – Куда мы прилетели? – спросил Федя. А дед усами крутит, ухмыляется.
– Теперь, Федя, здесь жить будешь, – сказал он. – Дедушка, но я хочу домой! Вы же обещали привезти меня домой!
– Я обещал? Но ведь, Федя, ты же тоже обещал родителям не высовываться из окна. Ха-ха-ха! С этим хохотом вскочил дед на свой ковёр, ковёр взмыл в небо и улетел. Остался Федя один на опушке рядом с избушкой на курьих ножках. Обошёл Федя избушку вокруг, вдруг дверь заскрипела, отворилась, и появилась на пороге настоящая Баба-яга.
– А, Обещайкин прибыл! Чего ходишь-то кругами, заходи! Тебя как звать-то?
– Здравствуйте, бабушка! Меня зовут Федя Егоров. – Егоров, Егоров, – заворчала бабушка. – Был Егоров, стал Обещайкин. Будешь теперь со мной жить. Мне можешь ничего не обещать, я всё равно не поверю. Будешь мне дрова заготавливать для бани. Я, поди, годков сто уж как не парилась. Хочу старые косточки свои погреть. Поди-ка, поди, милок, не теряй время, собирай дровишки. Угодишь мне, отпущу тебя домой, а не угодишь, пеняй на себя.
Три дня Федя прожил у Бабы-Яги. Сучья и ветки собирал по лесу для растопки бани Бабе-Яге. Нелёгкая была у него работа, а чуть замешкается, Баба-яга его метлой своей погоняла, да за уши драла. На третий день подозвала Баба-яга Федю и заявила:
– Ну, Федок, прощай! Хорошо я попарилась, лет на сто хватит, а тебе пора, будешь жить у Лешего.
– Как у Лешего? – испугался Федя. – Бабушка, вы же обещали, что отпустите меня домой!
Баба-яга скривила рот в беззубой кривой ухмылке. – Мало ли что я обещала. Ты же тоже не всегда выполняешь свои обещания. Садись в ступу, полетим к Лешему. Он уж, поди, заждался! Посадила Баба-яга Федю в ступу, и полетели они. Леший жил в том же лесу, в самой чаще, в дупле большого старого дуба. Обрадовался он Феде.
– Поживи теперь у меня, Федок, будешь мне волосы чесать. Как причешешь меня, отпущу тебя домой. А волосы у Лешего взъерошены, перепутаны, в волосах запутаны репей, листья, веточки, и даже какая-то птичка гнездо в его волосах свила. Стал Федя Лешего причёсывать гребнем осиновым. А Лешему всё не нравится, бранится он, ругается, да крапивой Федю подхлёстывает. На третий день, когда Федя причесал Лешего и волосы его маслом репейным смазал, Леший заявил:
– Ну, Федуня, ступай теперь к Змею-Горынычу, заждался он тебя. Выглянул Федя из дупла и видит, сидит перед дубом на- стоящий Змей-Горыныч с тремя головами, с хвостом и крыльями. Страшно стало Феде, а Леший подталкивает его: – Иди, иди, не бойся, Горыныч сытый, не съест тебя! – Господин Леший, но вы же обещали отпустить меня, когда я причешу вас!
– Ха-ха-ха! – захохотал Леший, да так, что деревья зашатались, птицы стаями закружились, зайцы вскачь по кустам разбежались, лисы в норы попрятались, и даже волки уши поприжимали. – Мало ли что я обещал, сам-то, ты всегда ли выполняешь обещанное? Иди скорее, не серди Горыныча!
Посадил Змей-Горыныч Федю на спину и увёз в свои владения – далеко за лес, в каменные горы. Жил Змей-Горыныч в глубокой пещере. Он дал Феде большой тяжёлый напильник и велел точить себе зубы. Обещал Змей-Горыныч отвезти Федю домой, как только Федя наточит ему все зубы. Открыла одна голова Змея рот, а две другие уснули. Очень старательно Федя точил Змею-Горынычу зубы, а когда он уставал и замедлял работу, из гортани Змея-Горыныча высовывался длинный змеиный язык с двумя кончиками и похлёстывал Федю. Когда Федя отточил Змею-Горынычу все зубы, посадил его Змей на спину и повёз к Кощею Бессмертному, совсем забыв своё обещание отвезти Федю домой.
Кощей жил в золотом дворце с чудесным садом, в котором гнездились райские птички, водились диковинные звери. В зеркальных озёрах сада водились золотые рыбки, по озеру плавали красавцы лебеди. Всё здесь было сказочно красиво, только сам Кощей наводил на Федю страх. Это был мужчина с непонятного цвета глазами с холодным синим мерцанием и с синюшными губами. С Федей Кощей был ласков, не бил его, не ругал, ничего не заставлял делать, а просто объявил: – Будешь, Федя, жить со мной. Я подарю тебе бессмертие. Но, несмотря на всю сказочность и окружающую красоту, Федя очень хотел домой. Он переживал, что папа с мамой очень расстроены из-за его отсутствия. Может, даже у мамы заболела от расстройства голова. Они же не знают, где он, они его ищут. И потом – дома лучше: дома – мама, папа, братик Вася, который пока ещё очень маленький, но скоро подрастёт. Дома его игрушки, альбом, карандаши и краски, книги с рисунками, друг Костя, детский сад, качели. А в выходной родители обещали свозить его в зоопарк.
Много ли, мало ли прошло времени, но однажды видит Федя, сидит в кощеевом парке на скамеечке дедушка-волшебник, а поодаль разостлан его ковёр-самолёт. Обрадовался Федя, бросился к дедушке: – Дедушка, дедушка! Здравствуйте! Увезите меня отсюда, я домой хочу! Я всё понял, обещания всегда надо выполнять! – Здравствуй, Федя, – улыбаясь, ответил дедушка. – Значит, ты всё понял? Теперь всегда будешь выполнять свои обещания? Это хорошо. Что ж, садись скорее на ковёр, полетели.
Сели Федя и дедушка-волшебник на ковёр, и ковёр взмыл в небо. Привёз дедушка-волшебник Федю к дому, посадил на подоконник, окно как раз было открыто, помахал ему рукой и улетел. Федя еле успел крикнуть ему вслед слова благодарности. Видит Федя, а в комнате всё по-прежнему: на столе лежит раскрытый альбом, в коробке карандаши. Федя быстренько закрыл окно, и убрал всё за собой. Вскоре вернулись родители. Федя рассказал им всё, что с ним приключилось, и хоть не стал им ничего обещать, с тех пор всегда выполняет все свои обещания.
|
На странице приведен фрагмент.
Автор: Копейкина Найля Гумяровна
→ Публикатор 22.11.2019 0 1426 274 |
Спасибо за Вашу оценку. Если хотите, чтобы Ваше имя
стало известно автору, войдите на сайт как пользователь
и нажмите Спасибо еще раз. Ваше имя появится на этой стрнице.